EN

Azərbaycanda "İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılır - FƏRMAN


Azərbaycanda "İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılır. Bu, Prezident İlham Əliyevin imzaladığı “Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınması sahəsinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərmanında əksini tapıb.

Fərmana əsasən, dövlət büdcəsinin tərkibində "İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılır.

Fond aşağıdakı mədaxil mənbələri hesabına formalaşır:

- avtomobil benzininin, dizel yanacağının və maye qazın hər litrinə görə yol vergisinin Fonda köçürülən hissəsi;

- nəqliyyat vasitələrinin Bakı şəhərinin inzibati ərazisində müəyyən edilmiş ödənişli hərəkət zonalarına daxil olmasına görə ödənilən haqq;

Fondun vəsaitinin dövlət büdcəsi tərkibində təsdiq olunmuş xərclər dairəsində sərəncamçısı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyidir.

Chosen
29
9
baki-xeber.com

10Sources