EN

Ailə məsələlərində kişilərə qarşı diskriminasiya halları da diqqətdə qalmalıdır - Deputat


Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri Komitəsi yalnız qadın və uşaq hüquqları ilə deyil, ailə daxilində kişilərə qarşı mümkün diskriminasiya hallarının da diqqət mərkəzində saxlanılmasını vacib hesab edir. Bu barədə parlamentdə çıxış edən komitə sədri Hicran Hüseynova deyib.


"Əgər ailədən danışırıqsa, burada yalnız qadın və uşaq hüquqları deyil, kişilərə qarşı mümkün ayrı-seçkilik halları da nəzərə alınmalıdır," –  komitə təmsilçisi vurğulayıb.


Onun sözlərinə görə, bu istiqamətdə yaxın dövrdə ictimai dinləmələrin keçirilməsi planlaşdırılır. Paralel olaraq, aidiyyəti qanunvericiliyin təkmilləşdirilməsi və icra zamanı yarana biləcək boşluqların qarşısının alınması da gündəmdədir.


“Bu sahədə işlər daha da gücləndirilməlidir. Hüquqi mexanizmlər təkcə mövcud olmaqla kifayətlənməməli, onların effektiv icrası təmin olunmalıdır,” –  Hüseynova bildirib. 


Gülnar Nazimqızı

Chosen
2
1
anews.az

2Sources