Avstriyaya işgüzar səfər çərçivəsində Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Avstriyanın yüksək vəzifəli rəsmiləri ilə görüşlər keçirib
Olaylar xəbər verir ki, səfər zamanı Əmirbəyov Avstriyanın Milli Şurasının sədri Valter Rozenkrants, kanslerin beynəlxalq məsələlər üzrə xüsusi nümayəndəsi Peter Launski-Tiffental və Avropa və beynəlxalq məsələlər üzrə Federal Nazirliyin baş katibi Nikolaus Marşik ilə görüşüb.
Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi həmçinin, Beynəlxalq Sülh İnstitutunda keçirilən dəyirmi masada iştirak edib və Avstriya KİV-lərinə müsahibə verib.
Danışıqlar zamanı tərəflər Azərbaycan və Avstriya arasında münasibətləri, Azərbaycan ilə Avropa İttifaqı arasındakı əməkdaşlığı, Azərbaycan və Ermənistan arasında münasibətlərinin normallaşdırılması prosesini, eləcə də qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.



