Misli Premyer Liqasında V tura bu gün start verilib.
Offsideplus.az xəbər verir ki, açılış qarşılaşmasında iki debütant - "Karvan-Yevlax" və "İmişli" üz-üzə gəlib.
Hər iki komandanın aktivində bu görüşdən əvvəl 4 xal var idi.
"İmişli" bu mövsümkü inamlı çıxışını davam etdirib. Onlar Yevlax təmsilçisinin qapısına 3 cavabsız qol vurub.
Misli Premyer Liqası, V tur
19 sentyabr (cümə)
16:00. “Karvan Yevlax” – “İmişli” 0:3
Qollar: Dioqo Almeyda, 12, Edvin Banqera, 16, Azər Salahlı, 80
Hakimlər: Elvin Bayramov, Vüsal Məmmədov, Eyyub İbrahimov, Rəşad Əhmədov
VAR: İnqilab Məmmədov
AVAR: Namik Hüseynov
Şamaxı şəhər stadionu