EN

Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2025-in kuboku “Odlar Yurdu”na həsr olunub

Bakı. Trend:

Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2025-inqaliblərinə təqdim olunacaq kubok yenilənmiş dizaynı ilə diqqətçəkir.

Trend xəbər verir ki, dünyacaməşhur dizayn şirkəti Pininfarina tərəfindən hazırlanan rəsmimükafat Azərbaycanın “Odlar Yurdu” kimi tanınmasına simvolizəedir.

Kubokun əsas özəlliyi onun alov təsiri yaradan formasıdır. Yantərəflərində isə Azərbaycanın zəngin xalçaçılıq ənənələrindənilhamlanan naxışlar həkk olunub. “Xan Qarabağ” motivindəngötürülmüş bu elementlər sürət, hərəkət və dövrəni təcəssümetdirərək Formula 1-in dinamik ruhunu milli irslə birləşdirir.

Qeyd edək ki, kubok final yarışından sonra qaliblərə təqdimolunacaq.

Məqalədə:
Chosen
4
14
az.trend.az

10Sources