EN

Alkaras bütün rekordları qıracaq?

Fransalı məşqçi Patrik Muratoğlu ispaniyalı Karlos Alkarasın neçə “Böyük dəbilqə” turnirinin qalibi ola biləcəyi ilə bağlı proqnozunu bölüşüb.

Xatırladaq ki, 22 yaşlı tennis ulduzu artıq 6 dəfə belə turnirlərin qalibi olub. Alkaras artıq Yannik Sinneri də dünya reytinqinin zirvəsindən sıxışdırıb.

Muratoğlunun proqnozu:
“Alkaras “Böyük dəbilqə” turnirlərindəki ilk qələbəsindən – 2022-ci ildə keçirilən “US Open”dən bəri hər ikinci belə turniri qazanır. O, hələ minimum 10, bəlkə hətta 15 il də oynayacaq. Bu ritmi qoruyarsa, “Böyük dəbilqə” sayındakı tarixi rekordu qıracaq. Əlbəttə, hər şey baş verə bilər: Karlos ciddi zədə alar, ya da Sinner gələcəkdə onunla mübarizə vasitəsi tapar”.

Xatırladaq ki, hazırda bu göstəricidə rekordçu hesabında 24 qələbə olan Novak Cokoviçdi.
Chosen
10
1
football-plus.az

2Sources