EN

Diz qapağından boyunbağı miras qoyacaq

ain.az, Olay.az portalına istinadən məlumat yayır.

Diz qapağından boyunbağı miras qoyacaq

Müğənni Elton Con “Qızıla toxunuş” adlı sənədli filmdə etiraf edib ki, vəfatından sonra yaxınlarına öz diz qapaqlarından hazırlanmış boyunbağı, qanının sınaq şüşələrini və külündən düzəldiləcək bəzəkləri miras qoymaq niyyətindədir.

OLAY yazır ki, bu barədə RadarOnline məlumat yayıb.

Elton Con açıqlayıb ki, həmin boyunbağını zərgər Teo Fennellin köməyi ilə hazırlayıb. O xatırladıb ki, cərrah onun diz qapaqlarını saxlaması ilə bağlı müraciətini eşidəndə çox təəccüblənib. Con həmin bəzəyin üzərinə belə bir yazı həkk etdirib: 

“Mən artıq heç kimə baş əyməyəcəyəm.”

“Elton açıq şəkildə bildirdi ki, diz qapaqları sadəcə başlanğıcdır. O, artıq oğlanlarına qanının sınaq şüşələrini buraxmaq və həmçinin külündən də bəzəklər düzəldilməsini istədiyini söyləyib,” – deyə, nəşrə danışan mənbə bildirib.

Müğənninin ətrafı izah edib ki, Elton Con bu cür relikviyaları öz irsinin bir parçası hesab edir. O əmindir ki, bu yolla yaxınlarının qəlbində ölümündən sonra da qalacaq.

Britaniyalı sənətkarın tanışları əlavə ediblər ki, 78 yaşlı Elton Con öz ölümündən danışmaqdan çəkinmir və hətta bu mövzuda “nadir səmimiyyət” göstərir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
3
1
olay.az

2Sources