EN

Aİ Ermənistana 200 milyon avro verdi

"Ermənistan üçün Dayanıqlıq və İnkişaf Proqramının ikinci mərhələsi üçün maliyyə təmin etdiyimizi elan etməkdən böyük şərəf duyuram. 200 milyon avrodan artıq vəsait əlaqə, dayanıqlıq və biznesin inkişafına sərmayələri artıracaq". 

"Unikal" xəbər verir ki, bunu Aİ-nin genişlənmə üzrə komissarı Marta Kos deyib.

Onun sözlərinə görə, Aİ “Sülhün kəsişməsi” layihəsinə uyğun olaraq Ermənistanı nəqliyyat, rəqəmsallaşma, ticarət, enerji və infrastruktur layihələrində dəstəkləməyə hazırdır.

Kos həmçinin vurğulayıb ki, sülh prosesinə sərmayə qoymaq Aİ-nin prioritetlərindən biridir: "İqtisadi inkişaflar və əlaqələrdən danışanda biz çox vaxt sülh şəraitində yaşamağın nə qədər vacib olduğunu unuduruq. Avropa sülhə əsaslanır və sülh üçün tərəfdaşdır"

Aİ komissarı qeyd edib ki, 2021-ci ildən Ermənistan üçün artıq 2,5 milyard avrodan çox investisiya cəlb edilib.

Ağarza Elçinoğlu 

Chosen
9
50
unikal.az

10Sources