EN

Bir sıra şəhər və rayonlarda sərnişin daşıyıcılarına subsidiya veriləcək

Bakı, Sumqayıt, Gəncə, Naxçıvan, Xankəndi şəhərlərində və Abşeron, Ağdam, Şuşa, Laçın rayonlarında sərnişin daşınmalarını həyata keçirən hüquqi şəxslərə və fərdi sahibkarlara subsidiya ödəniləcək.

Milli.Az xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı "Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınması sahəsinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" Fərmanında əksini tapıb.

Belə ki, "İctimai nəqliyyat" Məqsədli Büdcə Fondunun vəsaitindən "Büdcə sistemi haqqında" qanununun və dövlət xəzinədarlığı sahəsində digər normativ hüquqi aktların tələbləri nəzərə alınmaqla aşağıdakı tələblərə cavab verən nağdsız ödəniş sisteminə keçirilmiş nəqliyyat vasitələri ilə müntəzəm sərnişin daşınmalarını həyata keçirən hüquqi şəxslərə və ya fərdi sahibkarlara subsidiya ödəniləcək:

- sıxılmış təbii qazla işləyən mühərriklə təchiz edilmiş avtobuslar;

- elektrik mühərriki ilə təchiz edilmiş avtobuslar;

- Gəncə şəhərinin inzibati ərazisinə münasibətdə həmçinin istehsal tarixi 2025-ci il yanvarın 1-dən sonra olan dizel mühərrikli avtobuslar.

Milli.Az

Chosen
12
21
milli.az

10Sources