EN

Deputat: "Ay bədbəxt yığınaq, mən elə seçicilərimin davasını edirəm də, seçicilərimə cavab vermirlər"

Milli Məclisin deputatı Səyyad Aran məmurların millət vəkillərinin müraciətlərinə vaxtında, lazımi qaydada cavab verməmələri barədə açıqlamasının müzakirə yaratmasına, özünün də aktivlik nümayiş etdirmədiyini, seçicilərlə maraqlanmadığını deyənlərə münasibət bildirib.

 
Deputat Pravda.az-a açıqlamasında konkret hansı məmurları nəzərdə tutduğunu demək istəməyib.
 
“Bərəkəllah. Nə məntiqsiz sözdür. Düşmən sözüdür, gözü götürməyənlərin sözüdür. Mənim işim elə seçicilərlə bağlıdır. Bəs bu sözlərim haradan gəlir? Ay bədbəxt yığınaq, mən elə seçicilərimin davasını edirəm də, seçicilərimə cavab vermirlər. Necə yəni aktiv iştirak etmirəm? Yersiz sözdür. Olan sözüm nə idisə, onu dedim. Hansı məmurları nəzərdə tuturamsa, adlarını plenar iclasda vaxtı gələndə çəkəcəyəm”, - deputat bildirib.
 
Chosen
6
6
yenilik.az

7Sources