BAKI, 19 sentyabr. TELEQRAF
Bu gün Azərbaycan Premyer Liqasının V turunun ilk oyununda “Karvan-Yevlax” və “İmişli” komandaları üz-üzə gəlib.
Teleqraf xəbər verir ki, Şamaxı şəhər stadionunda keçirilən qarşılaşma qonaqların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Baş hakim Elvin Bayramovun idarə etdiyi qarşılaşmada ilk qolu 12-ci dəqiqədə Dieqo Almeyda vurub. 3 dəqiqə sonra isə komanda yoldaşı Edvin Banquera fərqlənərək üstenlüye bir qədər də artırıb. Görüşün 80-ci dəqiqəsində İmişli təmsilçisinin kapitanl Azər Salahlı rəqib qapısına yol taparaq komandasınınn3-cü qolunu vurub.
Hazırda Azər Həşimovun komandası 4 xalla turnir cədvəlinin 9-cu, Jorj Kaşkilyanın kollektivi isə 7 xalla 6-cı pillədə qərarlaşıb.
Qeyd edək ki, günün növbəti oyununda “Zirə” və “Şamaxı” komandaları üz-üzə gələcək. Tura sentyabrın 21-də yekun vurulacaq.