EN

“SOCAR Könüllüləri” qrupunun fəaliyyətini tamamlamış üzvlərinin Məzun Günü tədbiri və könüllülərin iştirakı ilə müsabiqə keçirilib

Bakı. Trend:

SOCAR-ın Baş ofisində gənclərin bilik və bacarıqlarınıninkişafına töhfə vermək məqsədilə müsabiqə keçirilib.

Trendxəbər verir ki, bu barədə SOCAR məlumat yayıb.

Bildirilib ki, müsabiqədə SOCAR könüllülərindən ibarət“Upstream”, “Midstream”, “Downstream”, “Green” komandaları mübarizəaparıblar.

Komandalar təqdimatları ilə həm yaradıcı potensiallarını, həm dəsahəvi biliklərini nümayiş etdiriblər.

Müsabiqədə “Upstream” komandası qalib olub.

Həmin gün “SOCAR Könüllüləri” qrupunun fəaliyyətini tamamlamışüzvlərinin Məzun Günü tədbiri təşkil olunub.

Qeyd edək ki, 20 sentyabr 2022-ci il tarixində “SOCAR Media”İctimai Birliyinin nəzdində yaradılan “SOCAR Könüllüləri” qrupununəsas məqsədi gənclərimizin şəxsi inkişafına dəstək olmaq, onlarıncəmiyyətə faydalı vətəndaşlar kimi formalaşmasına, ölkəmizdəkönüllülər hərəkatının daha da genişlənməsinə töhfə verməkdir.

“Əsrin müqaviləsi”nin imzalanması ilə əlamətdar olan 20 sentyabrtarixində hər il “SOCAR Könüllüləri” qrupuna seçilən yeni üzvləritəqdim olunur. Ötən il Ulu Öndər Heydər Əliyevin anadan olmasının100-cü ildönümü münasibətilə rəmzi olaraq qrupa 100 üzv qəbulolunub. Cari ildə də SOCAR könüllüləri sırasına 100 yeni üzvseçilib.

Məzun Günü tədbirində SOCAR-ın Kommunikasiya məsələləri üzrəicraçı direktoru Aygün Hüseynova, Azərbaycan Respublikasınıngənclər və idman naziri Fərid Qayıbov, Gənclər Fondunun icraçıdirektorunun müavini Yusif Vəliyev, Azərbaycan Könüllü Təşkilatlarıİttifaqının sədri Vüqar Əliyev çıxış ediblər. Çıxışlarda Ulu ÖndərHeydər Əliyevin təşəbbüsü və iştirakı ilə “Əsrin müqaviləsi”nınimzalanması ilə Azərbaycanın enerji tarixində yeni bir səhifəninaçıldığı qeyd olunub. Eyni zamanda ölkəmizdə gənclərə göstəriləndövlət qayğısından, onların cəmiyyətin inkişafında fəal iştirakınıntəmin edilməsi istiqamətində görülən işlərdən bəhs olunub. Buxüsusda, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevindəstəyi ilə ölkəmizdə geniş vüsət alan könüllülük hərəkatınıngənclərin inkişafındakı mühüm rolu vurğulanıb.

Sonra SOCAR Könüllülərinin illik fəaliyyətini əks etdirənvideo-çarx nümayiş etdirilib, həmçinin məzun könüllülərəsertifikatlar və təltiflər təqdim olunub.

Sonda ailə fotosu çəkdirilib.

Məqalədə:
Chosen
17
8
az.trend.az

9Sources