EN

Sukanal idarələri təlimə cəlb olunub - VİDEO

Sukanal idarələri təlimə cəlb olunub - VİDEO

19-21 sentyabr tarixlərində Bakıda keçiriləcək Formula 1 yarışları ilə əlaqədar Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin müvafiq qurumları fəaliyyətlərini gücləndirilmiş iş rejimində davam etdirir.

AFN.az ADSEA-ya istinadən xəbər verir ki, yarışlardan öncə yaradılan komissiyanın müəyyənləşdirdiyi plana uyğun olaraq sukanal idarələrinin əməkdaşları trassa boyu yüksək səviyyədə nəzarət tədbirləri həyata keçirirlər.

Növbəti tədbir Səbail rayonunda keçirilib.

Xidmətin mətbuat katibi Ceyhun Musaoğlu bildirib ki, Agentlik Bakıda keçiriləcək Formula 1 yarışlarına ənənəvi olaraq hazırlaşır. Onun sözlərinə görə, Nəsimi, Səbail və Yasamal Sukanal idarələrinin ərazilərindən keçən trass boyu dislokasiya yerləri müəyyənləşdirilib, texnikaya baxış keçirilib və təlim-məşq toplanışları davam etdirilir.

Tədbirdə xüsusi texnika və nəqliyyat vasitələrinin vəziyyətinə də baxış keçirilib. İdarə Heyətinin sədri vəzifəsini icra edən Tahir Xəlilov işlərin mövcud vəziyyəti, fəaliyyət planının icrası ilə bağlı ətraflı məlumat verib, əməkdaşları məsuliyyətli olmağa çağırıb.

Səbail rayon Sukanal İdarəsinin baş mühəndisi Azad Murquzov qeyd edib ki, Agentlik yarışla bağlı bütün hazırlıqları yüksək səviyyədə aparır.

Yarışlar zamanı xətlərin, şəbəkələrin təmizlənməsi, təzyiqlərin nəzarətdə saxlanılması, qəza hallarında operativ tədbirlərin görülməsi və digər işlər qurumun aidiyyəti şöbələri tərəfindən həyata keçiriləcək.

Formula 1 yarışları ilə əlaqədar təlimlər mütəmadi olaraq davam etdiriləcək.

Xatırladaq ki, Bakıda hər il keçirilən Formula 1 yarışlarında su təchizatına uyğun dislokasiya nöqtələri təyin edilir, həmin nöqtələrdə işçi qüvvəsi və texnika cəlb olunaraq nəzarət gücləndirilir.

Chosen
31
afn.az

1Sources