EN

Növbəti ay dövlət əmlaklarının hərracı keçiriləcək

BAKI, 19 sentyabr.TELEQRAF

Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən oktyabrın 2 və 7-də keçiriləcək hərraclara 3 kiçik dövlət müəssisə və obyekti, 159 nəqliyyat vasitəsi çıxarılıb.

Xidmətdən Teleqraf-a verilən məlumata görə, oktyabrın 2-də keçiriləcək hərraca 56 nəqliyyat vasitəsi, oktyabrın 7-də keçiriləcək hərraca isə 103 nəqliyyat vasitəsi və 3 kiçik dövlət müəssisə və obyekti çıxarılıb.

Kiçik dövlət müəssisə və obyektləri Şirvan şəhərində, Samux və Ağstafa rayonlarında yerləşir. Samux rayonunda olan "Seyidlər üzüm emalı zavodu" dövlət müəssisəsi alıcılar üçün əlverişli hesab olunur. Müəssisənin torpaq sahəsi 26.068 kvadratmetr, ümumi faydalı sahəsi isə 221 kvadratmetrdir.

Hərraca çıxarılan dövlət əmlakının siyahısı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytı vasitəsilə tanış olmaq mümkündür.

Hərraclarda iştirak etmək istəyənlər “www.emlak.gov.az” və “www.auksion.gov.az” internet saytlarından hərraca çıxarılan əmlaklar üzrə seçim edə bilərlər.

Chosen
7
5
teleqraf.com

7Sources