EN

Nazir Naftalanda vətəndaşların müraciətlərini dinləyib

Yazını böyüt
Yazını kiçilt

Prezident İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin respublikanın bölgələrində vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, fövqəladə hallar naziri Kəmaləddin Heydərov sentyabrın 19-da Naftalan şəhərində, Heydər Əliyev Mərkəzinin binasında Naftalan şəhəri, Goranboy və Xocalı rayonları sakinlərinin qəbulunu keçirib.

Hafta.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin İctimaiyyətlə əlaqə idarəsindən məlumat verilib. Bildirilib ki, əvvəlcə, nazir K.Heydərov xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Naftalan şəhərindəki abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub, əziz xatirəsini dərin ehtiramla yad edib. Sonra fövqəladə hallar naziri tərəfindən qəbul edilən Naftalan şəhəri, Goranboy və Xocalı rayonları sakinlərinin müraciətlərinin əksəriyyəti yerindəcə öz həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə nazirliyin aidiyyəti strukturlarının rəhbərlərinə tapşırıqlar verilib.

Fövqəladə hallar naziri ilə yanaşı, nazirliyin müvafiq struktur bölmə və qurumlarının rəhbərləri də vətəndaşları qəbul ediblər. Qəbula gələn vətəndaşlar onların müraciətlərinə yerində və operativ yanaşılması üçün yaradılan şəraitə görə ölkə Prezidentinə minnətdarlıq ediblər.

Chosen
5
9
hafta.az

10Sources