EN

Qəbələ yə gəlmək istəyən ukraynalı qapıçının arzusu puç oldu

Idman.biz saytına istinadən ain.az xəbər verir.

Ukraynanı qanunsuz tərk etməyə çalışarkən saxlanılan "Dinamo" klubunun sabiq qapıçısı Artur Rudko barədə yeni məqam üzə çıxıb.

İdman.biz "Dinamomaniya"ya istinadla xəbər verir ki, 31 yaşlı qolkiper karyerasını xilas etmək üçün Azərbaycana yollanmaq niyyətində olub. Onun "Qəbələ" ilə müqavilə bağlamaq istədiyi bildirilir. Lakin artıq bu təklif gündəmdə deyil.

Qeyd edək ki, Rudko daha əvvəl Polşanın "Lex", Ukraynanın "Şaxtyor" və "Çernomorets" klublarında çıxış edib. Hazırda o, Ukrayna Silahlı Qüvvələrinin təlim mərkəzində hərbi hazırlıq keçir.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
2
1
icma.az

2Sources