ain.az bildirir, Yeniavaz portalına istinadən.
Çeçenistan Təhlükəsizlik Şurasının katibi Adam Kadırov (Xüsusi Təyinatlı Mobil Dəstə) “Axmat-Krepost” OMON - 25” yubiley medalı alıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov “Telegram” kanalında məlumat verib.
Onun sözlərinə görə, Qroznıda “Axmat-Krepost” OMON bölməsinin yaradılmasının 25 illiyi şərəfinə təntənəli parad keçirilib.
“Tədbir zamanı Abdul-Kərim Kadırov “Axmat-Krepost” OMON - 25” yubiley medallarını Adam Kadırov, Abuzaid Vismuradov, Şarip Delimxanov və Aslan İrasxanova təqdim edib”, - deyə Çeçenistan rəhbəri qeyd edib.
Bundan əlavə, “Axmat-Krepost” OMON döyüşçüləri fəxri fərmanlar, medallar, o cümlədən 2-ci dərəcəli “Xidmətdə fərqlənməyə görə” və “Döyüş əməliyyatlarının iştirakçısı” döş nişanları ilə təltif ediliblər.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.