EN

Sertifikasiyanın müsahibə mərhələsi tam şəffaf keçdi

Dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsinə başlanılıb.

AzEdu.az Təhsil Portalı olaraq bu münasibətlə sertifikatlaşdırmanın müsahibə mərhələsində iştirak edən müəllimlərin təəssüratlarını öyrənib.

Müsahibə mərhələsində iştirak edənlərdən biri də Hənifəyeva Gülnarə Bəhram qızıdır.

Müsahibimiz bildirib ki, müsahibə mərhələsindən 40 bal toplayacağını gözləyir:

"Bakı Sənaye-Pedaqoji Kollecinin məzunuyam. Hacıqabul şəhər 1 saylı tam orta məktəbdə informatika müəllimi olaraq çalışıram. 15 ildir ki, müəllim kimi fəaliyyət göstərirəm. Bu il Lənkəran Dövlət Universitetinə (LDU) qəbul olmuşam və informasiya texnologiyaları ixtisası üzrə təhsil alıram. Sertifikasiyanın test mərhələsindən 54 bal toplamışam.

Müsahibə mərhələsi tam şəffaf keçdi. Heç bir texniki problem yaranmadı. Hər şey yüksək səviyyədə təşkil olunmuşdu. Münsiflər bizi çox gülərüz qarşıladılar. Suallar isə hərtərəfli və yaxşı idi. Müsahibə mərhələsindən 40 bal toplayacağımı gözləyirəm, çünki sualları tam əhatəli və dolğun cavablandırdım."

Chosen
10
azedu.az

1Sources