EN

“Uber park”ın həbs edilmiş “sahibi” aldığı pulları qaytardı – AZADLIĞA BURAXILDI

Bir müddət əvvəl həbs edilmiş “Uber park” dayanacağının rəhbəri 1993-cü il təvəllüdlü Fəhmin Əliyev azadlığa buraxılıb.

News24.az-ın əldə etdiyi məlumata görə, F.Əliyev “Uber” proqramına qoşulmaq üçün avtomobil almaq adıyla vətəndaşlardan aldığı 150 min manata yaxın vəsaiti geri qaytarıb. 

Bakı Ağır Cinayətlər Məhkəməsinə müraciət edən şikayətçilər artıq F. Əliyevlə aralarında olan məsələnin həll edildiyini bildiriblər. Bu səbəbdən məhkəmə 32 yaşlı sahibkara 2 il sınaq müddəti ilə şərti cəza təyin edib və o, ötən həftə azadlığa buraxılıb.

Qeyd edək ki, F.Əliyev bir neçə vətəndaşı iş qurmaq və  “Chevrolet Cobalt” markalı avtomobillər alaraq taksi sisteminə qoşacağı vədi ilə aldadaraq külli miqdarda pul almaqda və həmin vəsaiti ələ keçirməkdə ittiham edilib.
 

Chosen
34
2
avtosfer.az

3Sources