EN

İran hərbçiləri avtomobilə atəş açdı: ölənlər var

Axar.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

İran hərbçiləri Cənubi Xorasan əyalətinin Təbəs bölgəsində 3 sərnişini olan avtomobilə atəş açıblar.

Axar.az xəbər verir ki, bu haqda Bəluc Fəallarının Kampaniyası məlumat yayıb.

Məlumata görə, atəş nəticəsində Zahidan şəhərindən olan Musa Qənbərzehi və Əbdülbasit Qənbərzehi adlı iki bəluc həlak olub, bir nəfər isə yaralanıb.

İranın rəsmi dövlət mediası xəbəri təsdiləyib, öldürülən və yaralanan şəxslərin narkotik qaçaqmalçısı olduqlarını bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
28
2
axar.az

3Sources