EN

“Qarabağ” şokda: Yankoviç sıradan çıxdı

“Marko Yankoviçin zədəsi ilə bağlı ilkin dəyərləndirmə belə idi ki, bu, əzələ spazmasıdır. Yəni “Benfika” ilə oyunda belə bir ehtimal var idi. Sonradan MRT müayinəsi zədənin daha ciddi olduğunu üzə çıxartdı”.

Publika.az xəbər verir ki, bu sözləri “Teleqraf”a açıqlamasında “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Anar Hacıyev deyib.

Klub rəsmisi UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunda Portuqaliyanın “Benfika” klubuna qarşı keçirilən səfər oyununda zədələnən yarımmüdafiəçinin durumuna aydınlıq gətirildiyini bildirib: “Müayinədən sonra müəyyənləşdi ki, dördbaşlı əzələnin gərilməsi diaqnozudur. Markonun sağalaraq komandaya qayıtması təxminən 6 həftə çəkəcək. Yəni uzun müddət meydanlardan uzaq qalacaq”.

Qeyd edək ki, Marko Yankoviç Çempionlar Liqasının I turunda keçirilən “Benfika”–“Qarabağ” matçının 77-ci dəqiqəsində zədələnərək Aleksey Kaşukla əvəzlənmişdi.

Chosen
2
1
publika.az

2Sources