EN

Balaxanı neftçiləri peşəkar bayramlarını təqaüdə çıxan qocaman üzvlərinin xeyir-duası ilə qeyd etdilər (FOTO)

Bakı. Trend:

Yoldaşlıq, şərəf, usanmaz əmək hekayəsi - “Neftçilər Günü”ndəSabunçu və Suraxanı rayonlarında fəaliyyət göstərən hasilatşirkətlərinin təqaüdə çıxan qocaman neftçiləri peşələrini belətəsvir etdilər.

Neft sənayesində 55 illik peşəkar yolunu başa vuran başenergetik Qurban Ağayev vurğuladı ki, bu gün o, həmkarlarınaminnətdarlıq hissi ilə doludur: “Strateji sahə olduğuna görə,işimizdə məsuliyyət hissi bizi bir an tərk etmirdi. Gecə-gündüzfasiləsiz iş rejimində çalışırdıq. Məhz bunun üçün neftçilərarasında biri-birinə olan hörmət və dəstək hissi çox vacib idi. Hərbirinə növbəti uğurlara addımlamaqda can sağlığı arzulayıram.”

Əmtəə operatoru, 45 illik neftçi stajını yekunlaşdıran XalidəAbbasova isə hasilat ərazisinin bir küncündə saldığı gül bağınıhəmkarlarına yadigar və əmanət edib peşəkar yolunu yekunlaşdırır:“İstərdim ki, səylərimiz nəticəsində neftimiz həmişə bol olsun,həmkarlarımın işindən isə “gül” iyi gəlsin”.

“Balakhani Operating Company LTD”-nin baş qərargahında keçirilənbayram tədbirində çıxış edən hasilat şirkətinin prezidenti RövşənRzayev xatırlatdı ki, Ümummilli Lider Heydər Əliyevin sərəncamınaəsasən ölkəmizdə “Neftçilər Günü” kimi qeyd edilən 20 sentyabrtarixi ötən ildən etibarən Prezident İlham Əliyevin qərarı ilə həmdə Dövlət Suverenliyi Günü kimi qeyd olunur. Məhz həmin günXankəndi şəhərində cəmi 23 saat davam edən antiterror əməliyyatı2ci Qarabağ Müharibəsinin parlaq yekunu kimi AzərbaycanRespublikasının bütün ərazisində suverenliyimizi bərpa etdi. Bu ikigünün eyni tarixə təsadüf etməsi neftçilər üçün həm şərəf, həm dəmüəyyən mənada onların işinə iltifatdır. Çünki məhz “ƏsrinMüqaviləsi” ilə başlayan iqtisadi güclənmə prosesi Azərbaycanınbütün sahələrini dirçəltdi, Ali Baş Komandanın ordu quruculuğunusürətləndirdi və Vətənimizi tarixi Zəfərə apardı.

“Şirkətimizdə belə bir ənənə var ki, təqaüdə çıxan qocamanəməkdaşlarımızın yolunu davam etdirmək istəyən ailə üzvləriniməmnuniyyətlə işə qəbul edirik. Azərbaycanın neft hasilatıənənələri sizin kimi peşəkarların gənc nəslə ötürdüyü təcrübəsihesabına həmişə yaşayacaq”, deyərək Rövşən Rzayev bayram tədbiriniyekunlaşdırıb.

Təqaüdə çıxan neftçilər neft sənayesinə verdiyi töhfələrə görətəşəkkürnamələrlə və xatirə hədiyyələri ilə təltif olunublar.

Balaxanı
Balaxanı
Balaxanı
Balaxanı
Balaxanı
Balaxanı
Balaxanı
Chosen
2
6
az.trend.az

7Sources