EN

Qeyri-sabit hava şəraiti sentyabrın 22-si gündüzədək davam edəcək - XƏBƏRDARLIQ

Bakı, 19 sentyabr, AZƏRTAC

Bakıda və Abşeron yarımadasında sentyabrın 19-u axşamdan 21-i səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, sentyabrın 19-u axşam və 20-si səhər yarımadanın bəzi yerlərində qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var.

Azərbaycanın rayonlarında müşahidə olunan qeyri-sabit hava şəraitinin sentyabrın 22-si gündüzədək davam edəcəyi, fasilələrlə yağış yağacağı, şimşək çaxacağı proqnozlaşdırılır. Ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qara keçəcəyi bildirilir.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal edilir.

 

Chosen
2
49
azertag.az

10Sources