Usta sənətçi Edip Akbayramın qızı Türkü Akbayram son paylaşımında 6 ay əvvəl itirdiyi atasına olan həsrətini ifadə edib.
Sherg.az xəbər verir ki, “Güzel Günler Göreceğiz”, “Aldırma Gönül”, “Eşkiya Dünyaya Hükümdar Olmaz”, “Bekle Bizi İstanbul” kimi mahnıları ilə tanınan usta sənətçi Edip Akbayram 2 mart 2025-ci ildə dünyasını dəyişmişdi.
Atasının vəfatından sonra çətin günlər keçirən və qısa müddət əvvəl səhnələrə qayıdan Türkü Akbayram bir neçə gün əvvəl Ayvalıkda pərəstişkarları ilə görüşdü.

Konsertdən şəkilləri sosial media hesabında paylaşan Türkü Akbayram itirdiyi atasını da yad edib.
Akbayramın özü kimi müğənni qızı Türkü Akbayram deyib:
“Həmişə, hər an qollarının altında işığınla mənimləsən, səninləyəm”.
Türkü Akbayram atası üçün səhnədə etdiyi anma zamanı sonra əlavə edib:
“Sənsiz çox darıxıram, səni çox sevirəm”.