EN

Məşhur türk jurnalist bəraət aldı

Haqqında məhkəmə iddiası qaldırılan məşhur türkiyəli jurnalist Ece Üner bəraət alıb.

Axar.az xəbər verir ki, məlumatı Türkiyə mediası yayıb.

Qeyd edək ki, İstanbul Baş Prokurorluğunun hazırladığı iddianamədə Ece Ünerin "Ədalətli mühakiməyə təsir etməyə cəhd" ittihamı ilə 50 gündən az olmamaq şərti ilə pul cəzasına və "Dövlətin məhkəmə orqanlarını açıq şəkildə təhqir etmək" maddəsi üzrə 6 aydan 2 ilə qədər həbs cəzasına məhkum edilməsi istənilirdi.

Chosen
19
4
axar.az

7Sources