EN

Ukrayna silah istehsalını NATO ölkələrinə köçürür

Ukrayna öz müdafiə sənayesinin bir hissəsini Avropaya köçürməyə başlayıb.

Editor.az xəbər verir ki, məqsəd – istehsal müəssisələrini Rusiyanın raket zərbələrindən qorumaq və NATO ölkələri ilə əməkdaşlığı gücləndirməkdir.

İlk istehsal məntəqəsi Danimarka olub, – Business Insider yazır.

Sentyabrın əvvəlində Danimarkanın Sənaye və Maliyyə Nazirliyi məlumat verib ki, Ukraynanın Fire Point şirkəti istehsal proseslərinin bir qismini bu ölkəyə keçirir. Burada raket yanacağı və digər müdafiə təyinatlı komponentlərin istehsalı planlaşdırılır.

Bu addım “Ukrayna üçün inşa edirik” adlı təşəbbüsün ilk mərhələsi hesab olunur. Danimarka sözügedən layihəyə 50 milyon dollardan artıq maliyyə ayırıb.

//Samir Qurbanov, Editor.az

Chosen
12
editor.az

1Sources