EN

Dövlət nikahı dini kəbini əvəzləyə bilərmi? KONKRET

Konkret.az saytından alınan məlumata görə, ain.az bildirir.

Müasir dövrdə tez-tez müzakirə olunan məsələlərdən biri də dövlət nikahının dini kəbinin yerinə keçib-keçməməsi ilə bağlıdır. Maraqlıdır, bu iki anlayış bir-birini əvəz edə bilərmi?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən ilahiyyatçı Ağa Hacıbəyli bildirib ki, min illərdir İslam dini ailə qurmaq mədəniyyətində öz mənsublarına təməl bilgilər öyrədib və kəbini ailənin qorunması üçün vacib şərt kimi təqdim edib:

“Kim ailə qurmaq, nəsil artırmaq istəyirsə, mütləq nikaha daxil olmalıdır. Kəbin yaradandan izin istəmək, Allahdan halallıq almaqdır. Quran ayəsində də deyilir ki, “siz aranızdakı subayları evləndirin”. Bu mərasim dini nikah adlanır. Bir məclis qurulur, orada bəyə və gəlinə söz verilir, şahidlər iştirak edir və evliliyin baş tutduğunu təsdiqləyirlər.”

İlahiyyatçı qeyd edib ki, dini nikah Allah ilə insan arasında bağlanan mənəvi əhd sayılır:

“Dini nikahda bəy və gəlin üzərinə mənəvi məsuliyyət götürür. Bu məsuliyyətin yüklədiyi vəzifələri biz dövlət nikahında görə bilmirik. Çünki dövlət nikahı dünyəvi hüquq sistemidir. Hüquqi prosedurlar yalnız dünyəvi qanunlarla tənzimlənir. Mənəviyyat isə hüquqla tənzimlənmir”.

Onun sözlərinə görə, dövlət nikahı ilə dini kəbin bir-birini əvəz edə bilməz, hər ikisinin öz yeri və mahiyyəti var.

Aynurə İsmayıl

KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
20
2
konkret.az

3Sources