EN

İsraildə raket istehsalı ilə məşğul olan Fələstinə məxsus terror qruplaşması zərərsizləşdirilib

İsrailin Ramallah bölgəsində təhlükəsizlik qüvvələri Fələstinə məxsus təhlükəli terror yuvasını zərərsizləşdiriblər.

Bu barədə 7News.Az İsrail KİV-ə istinadən xəbər verir.

Məlumata görə, silahlılar Yəhudeya və Samariyada şəhər və kəndləri atəşə tutmaq üçün müstəqil şəkildə raketlər istehsal edirmişlər. Yerində aparılan axtarış zamanı müxtəlif raketlər və partlayıcı maddələr aşkar edilib ki, bu da təhlükəli presedent yaradır.

Qeyd edilir ki, onlar bu yaxınlarda İsrail şəhərlərinə iki raket atmağa cəhd ediblər, lakin vaxtında aşkar ediliblər.
 
 

Chosen
12
2
7news.az

10Sources