EN

78 yaşında tələbə oldu: 12 nəvəsi, 12 nəticəsi var... (FOTO/VİDEO)

Ordubad şəhərinin 78 yaşlı sakini Hicrət Yusifova peşə təhsili alacaq.

 

"Azərbaycan müəllimi" xəbər verir ki, o bu il Ordubad Peşə Liseyinin "Xalçaçı" ixtisasına qəbul olub.

 

Qeyd edək ki, Hicrət Yusifova 19 noyabr 1946-cı ildə Ordubad şəhərində anadan olub. Onun 5 övladı, 12 nəvəsi və 12 nəticəsi var. 25 il Ordubad ipək kombinatında çalışıb.

 

"Azərbaycan müəllimi"nə açıqlama verən Hicrət Yusifova deyir ki, xalça toxumağa hər zaman həvəsi olub: "Bu il Ordubad Peşə Liseyində xalça qrupunun açıldığını görəndə çox sevindim. Tələbə adı qazandığım üçün çox sevincliyəm".

 

 

Chosen
7
4
milliyol.az

5Sources