EN

ADY: Bu il qatarlarının qarşısına 81 dəfə qəfil insan çıxıb

BAKI, 19 sentyabr. TELEQRAF

Bu ilin 8 ayında "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) qatarlarının qarşısına 81 dəfə qəfil insan çıxması nəticəsində maşinistlər təcili tormozlama etməli olublar.

Teleqraf xəbər verir ki, bu barədə ADY məlumat yayıb.

Bildirilib ki, bəzi hallarda məsafə çox qısa olduğundan hadisə qaçılmaz olub: 7 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

Qurum vətəndaşlara dəmir yolu xətlərini keçərkən qulaqlıqdan istifadə etməməyi, sağa və sola baxmağı və hər iki tərəfdən qatarın gəlmədiyinə əmin olduqdan sonra yola davam etməyi xatırladıb.

"Unutmayın ki, qatarın dayanması üçün böyük məsafəyə ehtiyac var".

Chosen
6
12
teleqraf.com

10Sources