Avropa Komissiyası Rusiyaya qarşı yeni sanksiyalarla bağlı təkliflərini açıqlayıb. Komissiya sədri Ursula fon der Leyenin sözlərinə görə, 19-cu sanksiya paketi həm maliyyə, həm enerji, həm də texnologiya sektorlarını əhatə edəcək.
Yeni təklifə əsasən, Rusiyadakı və xaricdə fəaliyyət göstərən bəzi banklara əlavə məhdudiyyətlər tətbiq olunacaq. Bununla yanaşı, Rusiya neftinin daşınmasında istifadə oluna biləcəyi ehtimal edilən 118 gəmi sanksiya siyahısına salınıb.
Paketin digər mühüm hissəsi kriptovalyuta platformaları ilə bağlıdır. Avropa Komissiyası hesab edir ki, Moskva sanksiyalardan yayınmaq üçün bu platformalardan istifadə edir və buna görə əlavə nəzarət tədbirlərinin tətbiqi zəruridir.
Qeyd edək ki, bu, Avropa İttifaqının Rusiyaya qarşı elan etdiyi ardıcıl 19-cu sanksiya paketi olacaq.
News365.az