EN

“Bakı Fintex Forumu 2025” keçiriləcək

Oktyabrın 9-da “Azərbaycan Fintex Assosiasiyası” İctimai Birliyinin (AzFina) təşkilatçılığı, Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyasının tərəfdaşlığı ilə “Bakı Fintex Forumu 2025” keçiriləcək.

“Baku Marriott Hotel Boulevard”da keçiriləcək Foruma dünyanın bir çox ölkəsindən qonaqlar dəvət olunub.

Tədbirdə beynəlxalq maliyyə institutlarının, fintexlərin, bankların və digər maliyyə təşkilatlarının nümayəndələri iştirak edəcək. 

Yerli və beynəlxalq ekspertlər tərəfindən fintex sektorunda son illər həyata keçirilən yeniliklər ətrafında müzakirələr aparılacaq.

Tədbir iştirakçıları fintex sektoru üzrə öz proqnozlarını bölüşəcək və onun maliyyə sektorundakı təsirləri haqqında fikir mübadiləsi aparacaqlar. 

Tədbir çərçivəsində açıq bankçılıq, rəqəmsal ödənişlər, süni intellekt, fırıldaqçılıqla mübarizə, kibertəhlükəsizlik kimi müxtəlif mövzular ətrafında panel müzakirələri aparılacaq.

Forumda iştirak etmək istəyənlər tədbirin rəsmi saytından bilet əldə edə bilərlər:https://www.bakufintech.com/#ticket

Azərbaycan Fintex Assosiasiyası AzFina Bakı Fintex Forumu 2025 Mərkəzi Bank Azərbaycan Banklar Assosiasiyası fintex maliyyə texnologiyaları banklar rəqəmsal ödənişlər açıq bankçılıq süni intellekt kibertəhlükəsizlik fırıldaqçılıqla mübarizə maliyyə sektoru beynəlxalq maliyyə institutları forum Baku Marriott Hotel Boulevard biletlər proqnozlar panel müzakirələri
Chosen
4
7
marja.az

9Sources