Qol.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
"Qarabağ"ın zədəli futbolçusu Marko Yankoviçin durumu ciddidir.
BU barədə QOL.az-a klubun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib.
“Marko Yankoviçin zədəsi ilə bağlı ilkin dəyərləndirmə belə idi ki, bu, əzələ spazmasıdır. Yəni “Benfika” ilə oyunda belə bir ehtimal var idi. Sonradan MRT müayinəsi zədənin daha ciddi olduğunu üzə çıxardı Müayinədən sonra müəyyənləşdi ki, dördbaşlı əzələnin gərilməsi diaqnozudur. Yankoviçin komandaya qayıtması təxminən 6 həftə çəkəcək" - deyə klub rəsmisi bildirib.
Bu isə o deməkdir ki, monteneqrolu yarımmüdafiəçi Çempionlar Liqasında oktybarın 1-də "Kopenhagen" (Danimarka) və oktybarın 22-də "Atletik"lə (İspaniay) keçiriləcək oyunları buraxacaq.
Qeyd edək ki, Marko Yankoviç UEFA Çempionlar Liqasının 1-ci turunda keçirilən “Benfika”–“Qarabağ” matçının 77-ci dəqiqəsində zədələnib.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.