EN

Müttəfiqlər Ukraynanın NATO-ya qoşulmasına alternativ tapıblar - WP WP

Qərb müttəfiqləri Ukraynanın NATO-ya daxil olma ehtimalının aşağı olduğunu nəzərə alaraq, alternativ strategiyanı dəstəkləyiblər. Onlar Ukraynanın hərbi sənayesinə milyardlarla sərmayə qoymaq istəyirlər ki, ölkənin Rusiya təcavüzünü dəf edə bilsin.

Qaziler.az bildirir ki, bu barədə “The Washington Post” məlumat yayıb.

Əgər bu yanaşma işləsə,–Ukraynanın inkişafı qabaqcıl pilotsuz təyyarələrdən tutmuş digər hərbi texnikaya qədər – nəticədə ABŞ və Avropa ordularını tamamlaya bilər.

Avropa və Amerika rəsmiləri, Tramp administrasiyasının NATO ölkələrinin müdafiə üçün ABŞ-a həddən artıq etibar etməmələri barədə siqnallarından sonra Rusiyanın yaratdığı təhlükəni daha yaxşı anlayırlar.

Bu yaxınlarda Polşa hava məkanında Rusiya pilotsuz təyyarələrinin vurulması Avropada narahatlığı artırıb.

QAZİLER.AZ

Chosen
8
qaziler.az

1Sources