EN

Maliyyə Nazirliyi növbəti dəfə depozit hərracı keçirdi

BAKI, 19 sentyabr. TELEQRAF

Sentyabrın 19-da Maliyyə Nazirliyi tərəfindən dövlət büdcəsi vəsaitlərinin daha səmərəli idarə olunması məqsədilə xəzinə hesabının milli valyutada olan vəsaitlərinin yerli banklarda depozitə yerləşdirilməsi üçün növbəti depozit hərracı təşkil edilib.

Teleqraf Nazirliyə istinadən xəbər veri ki, hərracın nəticələrinə əsasən, xəzinə hesabının 400,0 milyon manat həcmində qalığı kapitallaşma və aktivlərinin məbləği səviyyəsinə görə ölkənin ən iri beş bankından təklif təqdim edən üç bankında 28 gün müddətinə, 7,00% orta çəkili faiz dərəcəsi ilə depozitə yerləşdirilib.

Chosen
2
49
teleqraf.com

10Sources