EN

Sənin də vaxtın çatacaq – Katz hədələdi

İsrailin müdafiə naziri İsrail Katz Yəmənin Ənsarullah Hərəkatının liderini ölümlə təhdid edib.

xəbər verir ki, nazir bu barədə X hesabında paylaşıb.

“Əbdülməlik əl-Husi, sənin də vaxtın çatacaq. Sən cəhənnəmin dərinliyində gözləyən hökumət nümayəndələrinlə və “Şər oxu”nun digər başqa üzvləri ilə görüşməyə göndəriləcəksən. Husilərin bayrağında olan “İsrailə ölüm, yəhudilərə lənət” şüarı İsrailin göy-ağ bayrağı ilə əvəz olunacaq və birləşmiş Yəmənin paytaxtında dalğalanacaq”, – Katz qeyd edib.

Chosen
11
8
tribunainfo.az

10Sources