EN

Amerika nəşri: Putin Üçüncü Dünya müharibəsində qalib gəlir

BAKI, 19 sentyabr. TELEQRAF

Rusiya lideri Vladimir Putin Üçüncü Dünya müharibəsində qalib gəlir.

Teleqraf xəbər verir ki, bu barədə “The Hill” yazıb.

ABŞ nəşrinin iddiasına görə, Rusiya lideri əsas məqsədinə doğru inamla irəliləyir: ABŞ-ın qlobal hökmranlığına son qoymaq və İkinci Dünya müharibəsindən sonrakı dünya nizamını dağıtmaq. Təhlildə qeyd edilib ki, NATO birliyi zəifləyir, BMT Təhlükəsizlik Şurası isə sülhü təmin etmək qabiliyyətini itirir.

Məqalədə həmçinin bildirilib ki, sentyabrın 1-də Putinin Çində bu ölkədən olan həmkarı Si Cinpinlə görüşü yeni, çoxqütblü dünya nizamının formalaşması prosesini nümayiş etdirdi.

Təhlil müəlliflərinin fikrincə, Putin Ukrayna cəbhəsindən çox-çox kənara çıxan Qərbə qarşı çoxvektorlu müharibə aparmaqla Çinin qlobal məqsədlərinə töhfə verir.

Mənbə ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna münaqişəsinin artıq Üçüncü Dünya müharibəsinə çevrilmək təhlükəsi olmadığı barədə açıqlamasına da diqqət çəkib:

“Bu, qlobal müharibəyə çevrilə biləcək müharibə idi, amma məncə, təhlükə sovuşub”.

Chosen
5
teleqraf.com

1Sources