EN

"Ali məktəblərin qapısı valideynlərə də açıq olmalıdır”

Ali təhsil müəssisəsinin qapısı hər kəsə, eləcə də valideyinlərə açıq olmalıdır.

Bu sözləri AzEdu.az-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev söyləyib. 

Müsahibimiz qeyd edib ki, valideyinləri hazırda narahat edən bir problem də övladlarının təhsil aldığı ali təhsil müəssisəsinə gedib ümumi vəziyyəti analiz edib yoxlaya bilməməsidir.

"Ali təshil müəssisəsinin rəhbərliyi və müəllimlərlə övladının nəticələri ilə maraqlana bilmirlər. Çünki, onlar ali təhsil müəssisəsinə getdiyi təqdirdə mühavizə xidməti valideyini içəri daxil olmasına izacə vermir. 

Bu səbəbdən düşünürəm ki, ali təhsil müəssisəsinin qapısı hər kəsə, eləcə də valideyinlərə açıq olmalıdır. Bunu bütün ali təhsil müəssisəsinə şamil etmək olmaz əbəttə ki. Ancaq bəzi universitetlərdə bu ciddi şəkildə problem kimi yaşanır". 

Təklif edirəm ki, ali təhsil müəssisələri valideyinlər üçün online müraciətin formalaşdırsın:

"Fikrimcə, hər hansı bir universitetə valideyinin getməsi üçün əvvəlcədən online müraciət edə bilər. Mütləqdir ki, bu vəziyyət tənzimlənsin. Hazırda bu problem bir çox universitetlərdə, xüsusilə də dövlət universitetlərində ciddi bir rejim var. 

Əlbəttə ki, biz başa düşürük təhlükəsizlik vacibdir. Amma valideyinin övladının təhsili, nəticəsi ilə maraqlanması həmçinin, rəhmərlik, müəllim və tyutoru ilə görüşməsi əlçatan olmalıdır. Təəssüflər olsun ki, hazırda bu əlçatan deyil. Bu istiqamətdə də ciddi narahtlıq var. Bunu da aradan qaldırmaq üçün bir sistem formalaşdırılmalıdır. Sistemində hansı formada olması həmin təhsil müəssisəsindən aslıdır. Mənim təklifim online müraciətin formalaşdırılmasıdır". 

Chosen
11
azedu.az

1Sources