EN

Umerov: Müharibəni dayandıra biləcək yeganə şəxs ancaq odur

Turkstan.az saytından alınan məlumata görə, ain.az bildirir.

Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov hesab edir ki, indiki mərhələdə yalnız ABŞ prezidenti Donald Tramp Rusiyanın Ukraynaya qarşı müharibəsini dayandırmağa qadirdir.

Turkustan.az xəbər verir ki, o, bu barədə CNN telekanalına müsahibəsində bildirib .Rusiya və Ukrayna arasında müharibəyə son qoymaq üçün danışıqların davam edib-etməməsi ilə bağlı suala Umerov cavab verib ki, Ukrayna tərəfi hazırda humanitar səyləri, o cümlədən hərbi əsirlərin mübadiləsi və azad edilməsini davam etdirir.O, həmçinin xatırladıb ki, prezident Vladimir Zelenskinin avqust ayında Vaşinqtonda Avropa liderləri ilə görüşündə Zelenski, Tramp və Rusiya lideri Vladimir Putin arasında üçtərəfli görüş və Ukrayna və Rusiya liderləri arasında ikitərəfli görüş barədə razılıq əldə olunub."Ona görə də indiki mərhələdə mən üçtərəfli və ikitərəfli görüşlərin baş tutacağını düşünürəm", - Umerov bildirib.O qeyd edib ki, Ukrayna Trampın Rusiya-Ukrayna müharibəsinə son qoymaq təşəbbüsünü dəstəkləyir."Hesab edirəm ki, prezident Tramp bu mərhələdə müharibəni dayandırmağa qadir və imkanı olan yeganə şəxsdir. Biz bu təşəbbüsü dəstəkləyirik və fikrimcə, bu müharibə başa çatmalıdır. Bu mərhələdə bütün Avropalı müttəfiqlər ABŞ ilə birlikdə bu ideyanı dəstəkləyirlər", - deyə Umerov Rusiya tərəfinin sülh danışıqlarını davam etdirmək öhdəliyinin olmamasına işarə edib.

Aytən Yaşar/ Turkustan.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
6
1
icma.az

2Sources