Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) “Gədəbəy Mineral Suları” MMC -yə məxsus “Slavyanka” sularından kəskin qoxu gəlməsi ilə bağlı şikayətlərlə əlaqədar araşdırma başladıb.
AQTA-dan Pravda.az-ın sorğusuna cavab olaraq bildirilib ki, “Gədəbəy Mineral Suları” MMC-də yoxlamalar aparılıb.
“Sulardan müvafiq nümunələr götürülüb və laborator analizlərə cəlb edilib. Analizlərin nəticələri bəlli olduqda ictimaiyyətə açıqlanacaq”.
Qeyd: Nizamnamə kapitalı 100 AZN, qeydiyyat ünvanı isə Gədəbəy rayonu, Zəhmətkənd kəndi olan MMC-nin qanuni təmsilçisi Ramil Calal oğlu Fərzəliyevdir.
Aytəkin Qardaşova
Tarix: 19 Sentyabr 2025, 15:30