EN

“Həm də ki mən belə yağış görməmişdim” – 0:4 uduzdu, belə dedi

2-ci liqanın 2-ci turunun mərkəzi oyununda çempionluğa iddialılar - “Xankəndi” ilə “Quba” qarşılaşdı. Qarabağlılar “Neftçi” Futbol Mərkəzinin 4-cü meydançasında keçirilən oyunda şimal təmsilçisini dörd cavabsız topla məğlub etdi.

“Quba”nın baş məşqçisi Elvin Həsənov “Football-plus.az”a açıqlamasında məğlubiyyəti belə şərh etdi:
“Biz də belə nəticəni gözləməzdik. Rəqibi təhlil etmişdik, hər şey qaydasında idi. O gün “Xankəndi”nin günü idi. Epizodlardan yüz faiz yararlandılar. Müdafiədə kobud səhvlərə yol verdik. Yolumuz hələ qabaqdadı. “Xankəndi”yaxşı komandadı, təcrübəli futbolçuları var. Həm də ki mən belə yağış görməmişdim. Düzdü, bu hər iki komanda üçün keçərlidi. Amma baxır kimə təsir edir. Çempionluğa iddialı bir neçə klub var. Bizim də qrafikimiz çox sıxdı. Növbəti turda da “Şəmkir”i qəbul edəcəyik. Bu oyuna da ciddi hazırlaşacağıq. Azarkeşlərimizi sevindirməyə çalışacağıq. Psixoloji durumu düzəltməli, futbolçuların və azarkeşlərin inamını qaytarmalıyıq”.
MÜZƏFFƏR QULUZADƏ
Chosen
50
1
football-plus.az

2Sources