EN

“Şəhriyarın yaradıcılığı zövq və düşüncə ilə doludur” - Pezeşkian

Yazını böyüt
Yazını kiçilt

“Zamanımızın böyük şairi Şəhriyar, Rudəki və Firdovsinin ucaltdığı bayrağı, Nizami, Mövlana, Sədi və Hafizin bəzədiyi kəlamı layiqincə qoruyub”.

Hafta.az-ın yazdığına görə, bunu İran prezidenti Məsud Pezeşkian deyib. O bildirib ki, Şəhriyarı anmaq, İran mədəniyyətinin və fars ədəbiyyatının zirvələrinin yad olunmasıdır. “Bu, Şəhriyar kimi qoruyucuları olan və hələ də qorunan bir irsdir. Elə bir irs ki, onun hər misrasında həyata, insana və ali dəyərlərə məhəbbət axır” o əlavə edib.

Məsud Pezeşkian beynəlxalq Şəhriyar qurultayına ünvanladığı müraciətində qeyd edib ki, Şəhriyarın şeirlərində İranı bütün zövq və rəngarəngliyi ilə görmək mümkündür. Onun poeziyası yaradıcılıq, zövq və düşüncə ilə doludur, divanında həm vətənpərvərlikdən doğan şeirlər var, həm də məhəbbət dolu qəzəllər.

Prezidentin müraciətində bu beyti də xatırladıb:

“Biz eşq ölkəsinin şahı Şəhriyarıq, agah ol!

Heç kəs sındıra bilməz Şəhriyarın qüdrətini”.

Chosen
8
hafta.az

1Sources