EN

Günəş işığı dəri xərçəngi riskini azaldır

Tədqiqatlar göstərir ki, günəş şüaları ürək, xərçəng və autoimmun xəstəliklərə qarşı qoruyucu təsir göstərir...

Poliqon xəbər verir ki, “The Economist” nəşri günəş işığının sağlamlığa faydalarının dəri xərçəngi riskini azaltdığını yazır. Şərt isə günəş altında yandırıcı təsirə məruz qalmamaqdır. Son onilliklərdə həkimlər kölgədə qalmağı, dərini örtməyi və günəşdən qoruyucu kremlərdən istifadənin vacibliyini dəfələrlə vurğulayıblar. Lakin yeni araşdırmalar bu tövsiyələrin, xüsusən də sərt iqlimdə yaşayan insanlar üçün, bəlkə də həddindən artıq olduğunu göstərir.

Mütəxəssislər bildirirlər ki, günəş işığının sağlamlığa faydaları yalnız D vitamini istehsalı ilə məhdudlaşmır. Günəş şüalarının təsiri ürək-damar xəstəlikləri, bəzi xərçəng növləri və autoimmun xəstəliklərdən qorunmaqla da əlaqələndirilir.

Məsələn, ötən il aparılan bir tədqiqatda 360 min açıqdərili britaniyalının tibbi məlumatları analiz olunub. Araşdırma göstərib ki, günəşli bölgələrdə yaşamaq və ya solyariylərə müntəzəm getmək kimi daha intensiv ultrabənövşəyi şüa təsiri ölüm riskinin müvafiq olaraq 12% və 15% azalması ilə əlaqəlidir. Bu nəticələr dəri xərçəngi riskinin artması nəzərə alınaraq belə qeydə alınıb.

Oxşar nəticələr on il əvvəl də əldə edilmişdi. Karolinska İnstitutunun (Stokholm) epidemioloqu Pella Lindkvistin rəhbərliyi ilə aparılan genişmiqyaslı araşdırmada 20 il ərzində 30 min isveçli qadının sağlamlıq vəziyyəti izlənilib. Burada da yaş, sosial rifah və ümumi sağlamlıq kimi amillər nəzərə alınsa belə, günəş altında daha çox vaxt keçirməyin hər cür səbəbdən ölüm riskini aşağı saldığı üzə çıxıb.

Maraqlıdır ki, günəş işığından ən çox yararlanan insanlarda ölüm riski günəşlə minimum təmasda olanlarla müqayisədə iki dəfə aşağı olub.

Poliqon.info

Chosen
10
poliqon.info

1Sources