EN

Elşad Miri: "İslamda, "Qurani-Kərim"də saqqal saxlamaq əmri, İslamın "uniforması" deyilən bir əmr, anlayış yoxdur"

“İslamda, "Qurani-Kərim"də saqqal saxlamaq əmri, İslamın "uniforması" deyilən bir əmr, anlayış yoxdur. Bunlar sonradan ortaya çıxarılıb. Bəziləri hədis, rəvayət vasitəsilə bunu insanlara təqdim edirlər. Hətta Məhəmməd Peyğəmbərə aid belə bir fikir formalaşdırıblar, guya Peyğəmbər deyib ki, yəhudilərə bənzəməyin, bığınızı qısaldın, saqqalınızı uzadın. Əgər yəhudilərə oxşamamaq məqsədilə bu cür saqqal saxlanılırsa, hazırda yəhudilər saqqal saxlayır, bığlarını qısaldırlarsa, o zaman hədisə görə, insanlar saqqallarını kəsib, bığlarını uzatmalıdırlar? Burada belə bir məntiq çıxmır? Din xadimi kimi müxtəlif peşələr meydana gətirdilər. Bir növ dini iyerarxiya formalaşdırdılar. Digər mövcud dinlərə baxaraq belə bir məsələni islamlaşdırdılar. Təəssüf ki, bu cür acı həqiqətlə üzləşirik”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında ilahiyyatçı Elşad Miri deyib.

 

“İslamın yeganə mənbəyi "Qurani-Kərim"dir. İslam bu cür məsələlərlə deyil, insanların faydalı əməlləri ilə insanlara və insanlığa yaxşılıqları, saleh əməlləri ilə yön göstərir, istiqamət verir”, - E.Miri bildirib.

Tarix: 19 Sentyabr 2025, 15:27   
Chosen
8
2
pravda.az

3Sources