Müğənni, rəqqasə Sevda Sanəliyeva plastik əməliyyat etdirənləri tənqid edib.
"Yıxıldım, burnum qırıldı. Sümükləri ovulmuşdu, toz halında idi. Ona görə də burnum əyilmişdi, utanırdım. Əməliyyat etdirdim. Amma göz əməliyyatını heç sevmirəm. Gözü niyə dartırlar, üst ətini kəsdirirlər... Nəyi yaxşıdır? Qaşı qaldırırlar. Göz pis görünür. Heç makiyaj etdirəndə saçlarımı dartdırmıram. Heyf deyil, təbii görüntü. Qaşım budur, nəyə lazımdır, nədir bu?"
İfaçı bədənşəkilləndirmə əməliyyatı da etdirdiyini söyləyib.