EN

Azərbaycanın “AI-95” markalı benzini idxal və ixrac etdiyi ölkələr - CƏDVƏL

Bu ilin yanvar-iyul aylarında Azərbaycana 4 ölkədən dəyəri 59,4 milyon ABŞ dolları olan 70,6 min ton mühərrik benzinləri, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 95 və ya daha çox, lakin 98-dən çox olmayan oktan ədədi ilə (Aİ-95) benzin idxal edilib.

Bizim.Media xəbər verir ki, bu barədə “Trend.az” Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə həcm ifadəsində 28,8 min ton və ya 69%, dəyər baxımından isə 18,3 milyon ABŞ dolları və ya 44,5% çoxdur.

Eyni zamanda hesabat dövründə Azərbaycandan cəmisi bir ölkəyə - Gürcüstana dəyəri 2,8 milyon ABŞ dolları olan 4,2 min ton “Aİ-95” markalı benzin ixrac edilib.
 

Ötən ilin eyni dövründə Azərbaycandan xarici ölkələrə “Aİ-95” markalı benzin ixracı qeydə alınmayıb.


2025-ci ilin ilk 7 ayında Azərbaycanın “Aİ-95” markalı benzin aldığı ölkələr:


Bizim.Media

Chosen
1
14
bizim.media

10Sources