EN

Xankəndi, Xocalı, Xocavənd, Ağdərə şəhərləri günü münasibətilə bayram konserti keçiriləcək

Xankəndi, Xocalı, Xocavənd, Ağdərə şəhərləri günü münasibətilə sentyabrın 20-də Xankəndidə bayram konserti keçiriləcək...

Bu barədə "Report"a Xankəndi şəhərində, AğdərəXocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Tədbir Xankəndi şəhərində, AğdərəXocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutacaq. Hazırda Xankəndi şəhərindəki Zəfər meydanında hazırlıq işləri gedir.

Konsert proqramında tanınmış incəsənət xadimləri, müğənnilər çıxış edəcək, atəşfəşanlıq olacaq.

Qeyd edək ki, 2023- cü il sentyabrın 19-da Azərbaycan Ordusunun həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində Xankəndi şəhəri, AğdərəXocalı rayonları və ətraf yaşayış məntəqələri işğaldan azad olunub. Dövlət başçısının sərəncamı ilə 20 sentyabr "Xankəndi, Ağdərə Xocalı və Xocavənd şəhəri günü" elan olunub.

Poliqon.info

Chosen
14
3
poliqon.info

10Sources