EN

Azərbaycanın “AI-95” markalı benzini idxal və ixrac etdiyi ölkələr - CƏDVƏL

Bakı. Trend:

Bu ilin yanvar-iyul aylarında Azərbaycana 4 ölkədən dəyəri 59,4milyon ABŞ dolları olan 70,6 min ton mühərrik benzinləri,tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 95 və yadaha çox, lakin 98-dən çox olmayan oktan ədədi ilə (Aİ-95) benzinidxal edilib.

Bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldəedib.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədəhəcm ifadəsində 28,8 min ton və ya 69%, dəyər baxımından isə 18,3milyon ABŞ dolları və ya 44,5% çoxdur.

Eyni zamanda hesabat dövründə Azərbaycandan cəmisi bir ölkəyə -Gürcüstana dəyəri 2,8 milyon ABŞ dolları olan 4,2 min ton “Aİ-95”markalı benzin ixrac edilib.

Ötən ilin eyni dövründə Azərbaycandan xarici ölkələrə “Aİ-95”markalı benzin ixracı qeydə alınmayıb.

2025-ci ilin ilk 7 ayında Azərbaycanın “Aİ-95” markalı benzinaldığı ölkələr:

Ölkələr

Miqdar (ton)

Məbləğ (min ABŞ dolları)

Belarus

6964,55

5599,67

Rusiya

51705,95

43545,97

Bolqarıstan

1400,24

1173,08

Rumıniya

10586,51

9060,07

Məqalədə:
Chosen
2
15
az.trend.az

10Sources