Qətərdə keçirilən ərəb və müsəlman liderlərinin fövqəladə sammitində mətbuata açıqlanmayan qərarlar verilib.
Turkustan.az xəbər verir ki, bu sözləri Türkiyə xarici işlər naziri Hakan Fidan “MBC Misir”ə açıqlamasında deyib.
“Sammitdə dərc edilmiş bəyannamə ilə yanaşı, liderlərin pərdə arxasında keçirdiyi ikitərəfli görüşlərdə İsrailə qarşı daha bir çox ortaq qərarlar qəbul edildi. Lakin bu qərarlar mətbuatda yer almadı”, - deyə nazir bildirib.
Qeyd edək ki, sentyabrın 9-u İsrail Dohada HƏMAS rəsmilərinə qarşı sui-qəsd cəhdi edib, hücum nəticəsində 6 nəfər ölüb.
Buna cavab olaraq Qətərin paytaxtı Dohada Ərəb Dövlətləri Liqası və İslam Əməkdaşlıq Təşkilatı (İƏT) üzvlərinin 14-15 sentyabr tarixlərində növbədənkənar iclası və sammiti keçirilib./axar.az