EN

Milli birlik və suverenlik: tarixi Qələbənin təntənəsi

Ses qazeti portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Suverenliyimizin bərpasından 2 il ötür. Azərbaycanın Dövlət Suverenliyi Günü yeni tarixi günlərdən biridir. 2023-cü ilin 20 sentyabrında Azərbaycan ordusu tariximizə daha bir tarixi zəfəri həkk etdi. 24 saatdan da az davam edən lokal xarakterli antiterror əməliyyatları nəticəsində Qarabağda yerləşən erməni separatçı yuvası tamamilə dağıdıldı, tarixi torpaqlarımız terrorçulardan təmizləndi. Ordumuzun həyata keçirdiyi əməliyyat nəticəsində Xankəndi, Xocalı, Ağdərə, Xocavənd, Əsgəranda üçrəngli bayrağımız ucaldıldı. Bu münasibətlə ölkə başçısının imzaladığı sərəncamla hər il sentyabrın 20-si Dövlət Suverenliyi Günü kimi qeyd olunur. Prezident İlham Əliyevin bu günü təqvimdə əlamətdar tarixə çevirən Sərəncam imzalaması mühüm əhəmiyyət kəsb edir. Xalq və ordu birliyi nəticəsində suverenliyimizin bərpasına, torpaqlarımızın tam olaraq azad edilməsinə və nəzarətimiz altına keçməsinə nail olduq. Rəhbər, xalq, ordu birliyi, bu vəhdət hər zaman xaliqələr yaradır. Dünya birliyi də bunun şahidi oldu. Dünya gördü ki, Azərbaycan öz gücü, xalqının əzmi, ordusunun qüdrəti ilə tarixi ədaləti bərpa etməyə qadirdir. Antiterror əməliyyatları son 100 illik tariximizə əlamətdar hadisələrdən biri kimi həkk olundu. Bu tarixi yaşatmalı və gələcək nəsillərə ötürmək hər birimizin vətəndaşlıq borcudur.Prezident İlham Əliyev Qarabağ Universitetinin açılışının məhz sentyabrın 20-də keçirilməsinin mühüm əhəmiyyət kəsb etdiyni diqqətə çatdıraraq bunu şanlı tariximiz adlandırdı. Xankəndi şəhərində Qarabağ Universitetinin açılışında çıxış edən dövlət başçısı qeyd etdi ki, cəmi bir neçə saat davam edən əməliyyat Azərbaycan Ordusunun tam zəfəri ilə başa çatdı. Ermənistan ordusunun 15 mindən çox hərbi kontingentinin tamamilə iflic vəziyyətə düşdüyünü vurğulayan prezident bildirdi ki, bir neçə saatdan sonra kapitulyasiya şərtlər artıq müzakirə edilməyə başladı: “İndi deyilir ki, 23 saat davam etdi, bəli ümumi proses 23 saat davam etdi. Ancaq bu prosesin hərbi hissəsi bir neçə saat davam etmişdir. Bütün bunlar bir daha dövlətimizin gücünü, xalqımızın iradəsini, gənc nəslin tərbiyəsini, bacarığını göstərir. İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı imkan verdi ki, Azərbaycan nəinki beynəlxalq hüququ bərpa etdi, nəinki öz milli qürurunu bərpa etdi, bütün dünyaya nümayiş etdirdi ki, ədalətsizlik əbədi davam edə bilməz.

bu gün Azərbaycan dövləti xalqımızın milli maraqlarını rəhbər tutaraq, yeni reallıqlar şəraitində müstəqil siyasətini daha cəsarətlə, prinsipiallıqla davam etdirir, Konstitusiyanın tələblərinə və öz suveren hüquqlarına əsaslanaraq, qarşıda duran strateji hədəflərə doğru inamla irəliləyir. Cənab Prezidentin sərəncamında vurğulandığı kimi, müstəqil və suveren dövlətə sahib olmaq, milli-mənəvi dəyərlərə, həmrəylik, humanizm, ədalət və qanunun aliliyi prinsiplərinə əsaslanan inkişaf etmiş cəmiyyət qurmaq yüz illər boyu Azərbaycan xalqının ən böyük arzusu olub.Azərbaycan sülhsevər, dinc quruculuq işləri ilə məşğul olan bir dövlətdir. Biz dünyaya göstəririk ki, vuruşduğumuz kimi, suverenliyimizin qorunması yolunda da ən ciddi addımları atacağıq. Hərbi potensialımız da buna tam şəkildə imkan verir. Azərbaycan Ordusu dünyanın ən güclü ilk 50 ordusu sırasındadır. Müasir silahlarla təchiz olunmuş, eyni zamanda hibrid müharibəni peşəkar şəkildə apara bilən, havada, quruda və suda döyüşməyə daim hazır olan ordumuz var. Eyni zamanda, xüsusi xidmət orqanlarımız da bu istiqamətdə peşəkar fəaliyyətlər həyata keçirir. Bu gün hər bir Azərbaycan vətəndaşı Prezident İlham Əliyevin apardığı siyasəti dəstəkləyir və qarşıya qoyulan məqsədlərin təhlükəsizliyimizə və rifahımıza xidmət etdiyini bilir.

2023-cü ilin sentyabrında həyata keçirilən antiterror əməliyyatı ermənilərin və havadarlarının Azərbaycan torpaqlarında törətdikləri özbaşınalıqlara, cinayətlərə son qoydu. Qondarma rejim iflasa uğradı. 30 ildən çox müddət ərzində Azərbaycan torpaqlarında qanunsuz şəkildə lövbər salmış ermənilər diz çökdürüldü, separatçıların “liderləri” həbs olundular.

Malik Mirzəyev

YAP Lerik rayon təşkilatının sədri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
9
sesqazeti.az

1Sources